Prezident Zərdabın icra başçısı ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verib.

Median.Az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Məlumat üçün deyək ki, Lütvəli Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır.