Zaxarova: Rusiyanın Qarabağla bağlı mövqeyi dəyişməzdir

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə Rusiyanın mövqeyi dəyişməzdir.

Иu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə “Moskva-Baku”nun müxbirinin sualına cavab verərkən deyib.

O əlavə edib ki, Moskvanın mövqeyi hər kəsə bəllidir.

M.Zaxarova, həmçinin, 8 Mart ərəfəsində Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş qadınlara onun qısa zamanda həll edilməsini və sülh arzulayıb.