Rusiyanın energetika naziri Azərbaycana gələcək

Rusiyanın energetika naziri Aleksandr Novak Azərbaycana gələcək.

Median.Az xəbər verir ki, rusiyalı nazir martın 18-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Bakıda keçiriləcək 13-cü görüşündə ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək.

Həmçinin rusiyalı nazirin Bakıda bəzi ikitərəfli görüşlər də keçirəcəyi gözlənilir.//report.az