İlham Əliyevdən – YENİ TƏYİNATLAR

Qaya Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin olunub.

Müvafiq sərəncamı oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilib.