Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki vəziyyəti müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan bu ölkədəki səfiri Polad Bülbüloğlu və Ermənistan səfiri Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən gərginliyi müzakirə edib.

Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

“Cənubi Qafqazda təhlükəsizliyin təminatı, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabilləşməsi məsələləri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin müşahidəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda cəhdlərin aktivləşməsi perspektivləri müzakirə olunub”, – məlumatda bildirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *