Serbiyanın Ermənistana silah satması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Serbiya Ermənistana silah satması barədə araşdırmalara başlayıb”.

Bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Serbiyadan adekvat cavablar gözləyir.

“Biz Azərbaycanın Serbiyadakı səfirliyi ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Serbiya tərəfi məsələni araşdıracağını bildirib”, – deyə o əlavə edib.

X.Xələfovun sözlərinə görə, Serbiya şirkətlərinin Ermənistana satdığı silahlar Tovuzda Azərbaycana qarşı yönəlib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *