Baş Prokuror: “Azərbaycan hökuməti mülki şəxslər arasında itkilərin olmaması üçün əlindən gələni edir”

“Ermənilərin dinc əhalimizə hücumları terror aktıdır. Bu hücumlar həm əhalimizə, həm də Bakı-Tbilisi-Ceyhan kəməri kimi strateji obyektlərə edilir.”

Bunu respublikanın Baş Prokuroru Kamran Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsi zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan hökuməti mülki şəxslər arasında itkilərin olmaması üçün əlindən gələni edir. Lakin buna baxmayaraq, hərbi əməliyyatlar başlayandan – 27 sentyabrdan bu günə kimi 91 nəfər mülki şəxs həlak olub.

Baş Prokuror 400 nəfərin xəsarətlər aldığını da bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *