Erməni jurnalistin Qarabağla bağlı sualına Zaxarovadan cavab

“Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir”.

Median.Az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Zaxarova erməni jurnalistin Əsgəran üzərindən Vardenis-Ağdərə və Ağdərə-Xankəndi yolu ilə hərəkətin bərpası məsələsinin Qarabağ üzrə üçtərəfli işçi qrupun müzakirəsinə çıxarılacağı ilə bağlı sualına cavabında bildirib:

“Xatırladım ki, üç ölkə liderlərinin 9 noyabr tarixli bəyanatının 6-cı bəndinə uyğun olaraq Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir. Bunu siz də bilirsiniz”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *