Ağcabədi sakini ermənilərdən qənimət götürdüyü silah-sursatı polisə təhvil verdi

Ağcabədidə silah-sursat götürülüb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *