Qırğızıstan Prezidenti Azərbaycana yeni səfir təyin edib

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı yeni səfiri barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, bu barədə ölkə prezidentinin rəsmi saytı məlumat yayıb.

Fərmana əsasən, Kayrat Mederbekoviç Osmonaliyev Qırğız Respublikasının Azərbaycandakı yeni səfiri təyin edilib.

Qeyd edək ki, K.Osmonaliyev “Azərbaycanın Qırğız Dostları Klubu”nun prezidenti, hüquq elmləri doktoru, professordur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *