“Neftçi” Azərbaycana xal gətirdi

Avrokuboklarda III təsnifat mərhələsinin dünən keçirilən oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, “Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsində evdə Finlandiyanın HİK klubu heç-heçə etməsi (2:2) Azərbaycanın xalını artırıb.

Bu bərabərlik ölkəmizin hesabına 0, 125 xal əlavə edib. Ancaq bu irəliləyiş üçün kifayət etməyib. Azərbaycan 13,750 xalla əvvəlki kimi 29-cu sıradadı.

28-ci pillədə olan Sloveniyanın 14,125 xalı var.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *