Əşrəf Qəninin qardaşı “Taliban”a qoşulub

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəninin qardaşı Həşmət Qəni “Taliban” hərəkatına qoşulub.

Bu barədə hərəkat nümayəndələri bəyan ediblər.

“Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəninin qardaşı Həşmət Qəni Xəlil Əl-Rəhman Hakkaninin iştirakı ilə İslam Əmirliyinə sədaqət andı içib”, – bəyanatda deyilir.

Qeyd edək ki, Xəlil Əl-Rəhman Hakkani “Taliban”la sıx əməkdaşlıq edən “Hakkani şəbəkəsi” terror qruplaşmasının yüksək vəzifəli üzvüdür. Avqustun 21-də onun Kabildə Əfqanıstanın sabiq baş naziri, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyarla görüşdüyü bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *