MSK növbədənkənar parlament seçkilərini izləmək üçün 30-a yaxın təşkilata dəvət göndərəcək

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərini izləmək üçün 30-a yaxın təşkilata dəvət göndərəcək.

Bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, ötən seçkilərdə müşahidəçilik edən şəxslərə dəvətlər hazırlanıb: “Təxmini 30-a yaxın təşkilata dəvət göndəriləcək”.