Ərdoğan: “Şimali Kiprin TDT-yə tamhüquqlu üzvlüyünü Azərbaycan da dəstəkləyir”

“Şimali Kipr, bizə görə Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvüdür. Bu məsələdə Azərbaycanın münasibəti də bizimlə eynidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O, TDT-nin Şuşada keçirilən iclasında təmsil olunduğunu xatırladıb.

“Növbəti mərhələ Şimali Kipri tamhüquqlu üzv kimi rəsmiləşdirmə yönündə işlərdir. Türk dövlətləri ilə bu məsələ müzakirə olunur. Şimali Kiprin Prezidenti Ersin Tatarın o dövlətlərin rəhbərləri ilə münasibətlərini inkişaf etdiririk”, – deyə Türkiyənin dövlət başçısı bildirib.

Qeyd edək ki, R.T.Ərdoğan NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək məqsədilə ABŞ-yə gedir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *