Deputatlara vəsiqələri nə vaxt veriləcək?

Sentyabrın 27-də VII çağırış Milli Məclisin deputatlarına vəsiqələri təqdim ediləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəsiqələri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlamentdə təqdim edəcək.

Qeyd edək ki, Milli Məclisin 2024-cü ildə payız sessiyasının ilk plenar iclası isə sentyabrın 30-na təyin olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *