Azərbaycan və Yunanıstan arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə edilib – FOTOlar

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Yunanıstanın xarici işlər naziri George Gerapetritislə görüş keçirib.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabına istinadən xəbər verir.

Görüş zamanı tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə edib, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *