Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-polkovnik” ali hərbi rütbəsi

general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova

polkovnik Gündüz Əliş oğlu Əbdülova

polkovnik Azər Əlövsət oğlu Qasımova

“ədliyyə general-mayoru” ali hərbi rütbəsi

ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *