Rubinyan: “Ermənistan və Azərbaycan sülh sazişi imzalayana qədər müharibə təhlükəsi qalacaq”

Müharibə təhlükəsi Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana qədər qalmağa davam edəcək.

Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.

“Müharibə təhlükəsi dünən var idi, sabah da olacaq. Lakin müharibə üçün səbəb və əsas yoxdur. Biz sülhə doğru irəliləyirik. Sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağı gözləyir”, – o qeyd edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *