Ərdoğan sabah Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. Səfər sabaha, yəni 28 May – Müstəqillik Gününə təsadüf edəcək.

Bu barədə “TRT Haber” xəbər verib.

Bildirilib ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin də sabah Azərbaycana səfəri gözlənilir.