Prezident İlham Əliyev: “Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildən-ilə gücləndirirlər”

“Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirir”.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib:

“Biz ağır günlərdə hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk”.