İrandan təxliyə edilən rusiyalı nümayəndələrin hoteldə qalma xərclərini Azərbaycan qarşılayıb

“Rusiyanın İrandan Azərbaycana təxliyə edilən diplomatik və elmi ictimaiyyət nümayəndələri Bakıdan Moskvaya uçuşu gözləyir”.

Bunu TASS-a Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Elina Sidorenko deyib.

“Bu gün Moskvaya uçuşumuz olacaq. Səfirliyin işi baxımından hər şey əladır”, – deyə E.Sidorenko bildirib.

Təyyarənin Moskva vaxtı ilə saat 18:25-də Şeremetyevo aeroportuna enəcəyi gözlənilir.

O qeyd edib ki, Azərbaycan tərəfi nümayəndə heyətinin hoteldə yerləşdirilməsi ilə bağlı xərcləri öz üzərinə götürüb:

“Azərbaycanlı həmkarlarımıza təşəkkür edirəm. Hər şey çox yaxşı hoteldə təşkil olunub. Qidalanma təşkil olunub, hoteldəki otaqlar əladır”.