Şuşada İlham Əliyevin adından ECO Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib – FOTO

İyulun 4-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə rəsmi nahar verilib.

Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.