Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya gəlib

Rusiya FHN-in rəhbəri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün Bakıya gəlib.

Bu barədə nazirliyin Mətbuat Xidmətindən bildirilib.

“Bu gün Rusiya FHN-in rəhbəri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının icraiyyə şurasının və baş assambleyasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib. Gündəliyin əsas məsələsi 60-dan çox dövlətin fövqəladə xidmətlərini öz platformasında birləşdirən və bütün dünyada humanitar yardım göstərən bu təşkilatın baş katibinin seçilməsidir”, – deyə qurumdan bildirilib.

Rusiyalı nazirin Bakıda digər dövlətlərdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.