BƏƏ prezidenti: “Dost Azərbaycanla ikitərəfli əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq”

“Dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var, onu daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq”.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan söyləyib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti qeyd edib:

“Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq”.