Prezident İlham Əliyev: “Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır”

“Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik”.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqame ilə mətbuata bəyanatı zamanı söyləyib.

“Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək verib”, – deyə dövlətimizin başçısı qeyd edib.