İlham Əliyev Rafiq Məmmədhəsənovu təltif etdi

Sabiq deputat, professor Rafiq Məmmədhəsənov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Rafiq Musa oğlu Məmmədhəsənov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.