Bəzi körpələr evlərinin işçilərinin maaşları ARTIRILDI – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

Median.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1.5 – 3 dəfə artım əmsalları tətbiq ediləcək.