Kamran Əliyev Tərtər rayon prokurorunu vəzifəsindən azad etdi

Tərtər rayon prokuroru Əli Qurbanov vəzifəsindən azad edilib.

Oxu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

K.Əliyevin digər əmri ilə Tərtərin hərbi prokuroru vəzifəsinin icrası Əli Qurbanova həvalə edilib.