Kubanıçbek Omuraliyev Azərbaycana səfərə gəlib

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev aprelin 1-də Azərbaycana səfərə gəlib.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi Gürsel İsmayılzadə və digər rəsmi şəxslər qarşılayıblar.