Putin Azərbaycanla Ermənistan münasibətləri barədə: “Nöqtə qoymaq lazımdır”

Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan arasında münasibətlərin gedişatından danışıb.

Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

Məlumata görə, Putin Ermənistan və Azərbaycan arasında sabitləşməni qeyd edərək bildirib ki, münasibətləri gücləndirməyin yollarını tapmaq və buna nöqtə qoymaq lazımdır.