Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb – FOTO

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb.

Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Kobaxidze yola salıb.