Səmada möhtəşəm şou: Beş planet bir xəttə düzüləcək

Günəş sisteminin beş planetinin səmada toplaşacağı növbəti böyük planetlər paradı 2040-cı il sentyabrın 8-də baş tutacaq.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva Planetariumunun nümayəndəsi, astronom Lyudmila Koşman məlumat verib.

Onun sözlərinə görə, həmin gün Merkuri, Venera, Mars, Yupiter və Saturn eyni vaxtda səmada müşahidə olunacaq. Eyni zamanda, Venera ilə Saturn arasında Ayın nazik hilalı da görünəcək.

Qeyd olunur ki, 2026-cı ilin aprel ayının sonu – mayın əvvəlində dörd planetdən ibarət kiçik parad gözlənilsə də, Yer sakinləri bu hadisəni görə bilməyəcəklər.