Bakıda kafedə qadını döydülər

Bakıda qadına qarşı xuliqanlıq hadisəsi baş verib.

Median.Az Lent.az-a istinadən xəbər verir ki, Əzimova Sədaqət Əliheydər qızı polisə müraciət edərək bildirib ki, Səbail rayonu ərazisindəki kafedə tanışı tərəfindən döyülüb. Qadın deyib ki, onu döyən adamı üzdən tanıyır və adı Füzulidir.

Müraciət əsasında araşdırma aparılır.