Ermənistanda ard-arda iki zəlzələ baş verib – YENİLƏNİB

Ermənistan ərazisində ard-arda iki zəlzələ olub.

Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.

İlk zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.

Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda Ermənistan ərazisində olub.

***

Ermənistanda 5 bal gücündə zəlzələ baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, zəlzələ Gürcüstan ərazisində də hiss olunub.

Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzinin yaydığı məlumat görə, zəlzələnin episentri Gürcüstan sərhədindən 5 kilometr aralıda – Ermənistan ərazisində yerləşib.