Category: Dünya

  • Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

    Bosfor boğazında gəmilərin hərəkəti Panama bayrağı altında üzən “Queen Bee” yük daşıyıcısının mühərrikində nasazlıq yarandığı üçün dayandırılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Haberturk” televiziya kanalı məlumat verib.

    Sahil mühafizəsi qayıqları hadisə yerinə tez bir zamanda göndərib, problemin aradan qaldırılması üçün işlər görülür.

    Qeyd edək ki, 3 may tarixində Panama bayrağı altında üzən Zaltron yük daşıyıcısı Bosfor boğazında mühərrikində nasazlıq yaranmışdı. Gəmi Misirdən Rusiyaya gedirmiş.

  • Türkmənistan Ermənistana yanacaq idxal edəcək

    Ermənistan Respublikası xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan İrəvan Dialoqu beynəlxalq konfransında iştirak etmək üçün Ermənistana gələn Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanovla görüşüb.

    Görüşdə Türkmənistandan Ermənistana yanacaq idxalının perspektivləri müzakirə olunub.

    Görüş zamanı tərəflər qarşıdan gələn tədbirlər və qarşılıqlı səfərlər daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də çoxtərəfli forumlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Tərəflər həmçinin Ermənistan və Azərbaycan arasında mövcud sülh şəraitində yaranan imkanları, o cümlədən Türkmənistandan Ermənistana yanacaq idxalının perspektivlərini müzakirə ediblər.

  • Heç kim dişsiz qalmayacaq – Bunun da dərmanı tapıldı

    Kyoto Universitetinin tədqiqatçıları dişlərin yenidən çıxmasını təşviq edən dərmanın insanlar üzərində sınaqlarına keçiblər.

    Yapon alimləri itirilmiş dişlərin bərpasına kömək edə biləcək bir dərmanı 2030-cu ilə qədər satışa çıxarılacağını açıqlayıblar.

    İnsan bədənindəki ən sərt quruluş olan diş minası, sınıq sümüklərdən fərqli olaraq özünü bərpa edə bilmir.

    Lakin, bu yeni hazırlanmış müalicə üsulu diş itkisinə qarşı mübarizədə inqilab etmək potensialına malikdir. Kyoto Universitetində hazırlanan dərman, “USAG-1” adlı bir zülalın təsirini bloklamağa yönəlib.

    Xərçəng müalicəsində tez-tez istifadə olunan monoklonal antikor texnologiyasından istifadə edərək yeni bir formula hazırlanmışdır.

    Müalicə, USAG-1 ilə sümük inkişafında iştirak edən zülallar arasındakı qarşılıqlı təsiri kəsərək bədənin diş bərpası mexanizmini aktivləşdirməyi hədəfləyir.

    Heyvan təcrübələrində yeni dişlərin əmələ gəlməsinin uğurla müşahidə edildiyi açıqlanıb. Dərmanın insanlar üzərində ilk klinik sınaqları 2024-cü ilin sentyabr ayında başlayıb.

    Tədqiqat qrupu, klinik sınaqların planlaşdırıldığı kimi davam edəcəyi təqdirdə, dərmanın 2030-cu ilə qədər geniş şəkildə əldə edilə biləcəyini təxmin edir.

  • Qarabağ ermənisinə Rusiya pasportu verildi

    Qarabağ ermənisi Tsovizar Harutyunyan Rusiya pasportu alıb.

    Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunur ki, o, Rusiyaya köçməklə atasının arzusunu gerçəkləşdirib. Harutyunyan Qarabağda yaşayıb, sonra Ermənistana, 2023-cü ildə isə Rusiyaya köçüb.

    Nəticədə, Rusiya Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin qərarı ilə ona Rusiya vətəndaşlığı verilib.
    //unikal.az

  • Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçib Türkiyəyə getməsinə icazə vermədi

    Mayın 3-5-də Avropa İttifaqı-Ermənistan sammitində iştirak üçün İrəvanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron siyasi simvolik bir jest etməyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə keçməyi planlaşdırırdı.

    Səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılmışdı. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, strateji müttəfiqi Azərbaycanla müzakirələrdən sonra o, Makrona rədd cavabı verib.

    Bu barədə “AZfront” “Telegram” kanalı bir neçə məlumatlı mənbəyə istinadən bildirib.

    Ehtimal ki, Makron uğursuz xarici siyasətinin beynəlxalq tənqid olunması fonunda Ermənistandan Türkiyəyə səfərini özünün diplomatik çəkisinin nümayişinə çevirməyə ümid edirdi. Fransa prezidentinin 30 ildən çoxdur bağlı olan Türkiyə-Ermənistan sərhədini keçməsi ikitərəfli kommunikasiyaların üçüncü tərəf vasitəsilə açılmasına misligörünməmiş nümunə ola bilərdi.

    Afrika və Yaxın Şərqi itirən, İsraillə münasibətləri pozan və Ukrayna istiqamətində heç nəyə nail olmayan Makronun bu uğursuz cəhdi bir daha öz geosiyasi ambisiyaları ilə Parisin beynəlxalq arenadakı real çəkisi arasındakı fərqi ortaya qoydu.

    “Fransa diplomatiyası Makron dövründə sürətlə öz əhəmiyyətini itirir”, – deyə Fransanın “Le Journal du Dimanche” qəzeti mayın 5-də yazıb.

    Maraqlıdır ki, bu fonda Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamaları rezonans doğurub. O bəyan edib ki, “İrəvanda özünü evdəki kimi hiss edir” və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması başladıqdan sonra erməni həmkarı Rubinyana təkliflər verərkən “Türkiyənin deyil, ermənilərin maraqlarını rəhbər tutub”.

    Azərbaycan KİV qeyd edir ki, onun ritorikası Türkiyə hökumətinin rəsmi xəttinə ziddiyyət təşkil edir və milli maraqlardan geri çəkilmək kimi qəbul edilə bilər.

  • Paşinyan Moskvaya dəvət olundu

    9 mayda Moskvada keçiriləcək paradda iştirak etmək üçün Ermənistanın baş nazirinə də dəvət göndərilib.

    Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin açıqlayıb.

    Onun sözlərinə görə, dəvətnamə bütün qardaş ölkələrə göndərilib.

    Lakin səfir qeyd edib ki, Nikol Paşinyanın Moskvanın Qırmızı Meydanında keçiriləcək paradda iştirak edib-etməyəcəyi barədə məlumatı yoxdur. Ermənistan hökuməti hələlik Paşinyanın iştirakı ilə bağlı şərh verməyib.
    //unikal.az

  • Tehranda ticarət mərkəzindəki yanğında 11 nəfər ölüb

    İranın paytaxtı Tehranın qərb hissəsindəki “Ərğəvan” ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində 11 nəfər ölüb.

    Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

    Bildirilib ki, hadisə zamanı daha 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yanğının səbəbləri hələlik bəlli deyil.

  • Xaricə getmək istəyənlərə pis xəbər: Təyyarə biletləri bahalaşdı

    İranda baş verən müharibə fonunda yanacaq qiymətlərinin artması aviasiya sahəsinə təsirsiz ötüşməyib. Təyyarə yanacaqlarının qiymətində iki dəfə artım müşahidə olunub.

    Bu barədə məlumatı “Fiancial Times” nəşri yazıb.

    Nəşrin məlumatına görə, yanacaqların qiymətinin artması öz növbəsində təyyarə biletlərinin artımına səbəb olub. Avropa və Asiya arasındakı uçuşların üçdə birini icra edən Körfəz ölkələrinin aeroportlarının bağlanması uçuşları idarəolunmaz hala salıb.

    Qeyd olunur ki, dünya üzrə aviaşirkətlər may ayı cədvəllərindən uçuş üçün ümumilikdə 2 milyon oturacaq yerini çıxarıb. Eyni zamanda may ayı üzrə 12 min uçuş isə ləğv edilib.

    Məlumata əsasən, oturacaq yerləri çıxarılan və uçuşları ləğv edən şirkətlər arasında ilk üçlüyü “Türk Hava Yolları”, “Çin Hava Yolları” və “Lufthansa” tutub.

    Sıralamada digər şirkətlərdən “United Airlines”, “Biritish Airways”, “American Airlines”, “All Nippon Airways” və digər şirkətlər yer alıb.

  • “Günəşdə təmir gedir, sağ tərəfdən uçun” – Astronomlardan maraqlı paylaşım

    Rusiyalı astronomlar Günəşin səthində ləkələrin birləşməsindən yaranmış nəhəng ox fiquruna bənzər görüntüləri yayıblar.

    Bu maraqlı hadisə ilə bağlı Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun rəsmi “Telegram” səhifəsində paylaşım edilib.

    Mütəxəssislər bu kosmik mənzərəni zarafatyana belə şərh ediblər:

    “Hazırda Günəş sistemində profilaktik təmir işləri gedir. Sağ tərəfdən uçuş həyata keçirin”.

    Tədqiqatçılar paylaşımı təmir xəbərdarlığına dair yol nişanı ilə onun Günəşdəki oxşarını kollaj şəklində təqdim ediblər.

  • Mövlud Çavuşoğlunun qardaşı ofisində güllələndi

    Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğlu Alanyadadakı ofisində güllələnib.

    Bu barədə Türkiyə mətbuatında məlumat verilib.

    Məlumata görə, hadisədən dərhal sonra sahibkar xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun həyati təhlükəsinin davam etdiyi bildirilir.

    Hadisə ilə bağlı araşdırma aparılır.