Ticarət mərkəzində oğurluq edən qadın saxlanılıb

Median.Az xəbər verir ki, “Sədərək” ticarət mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlayan qadın ərazidə xidmət aparan Qaradağ rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qaradağ RPİ 10-cu polis bölməsinə təhvil verilən şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.

Araşdırma aparılır.