Cəlilabadda “VAZ-21011” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, sentyabrın 17-i saat 19 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndində, Musalı kənd sakini X.Həsənov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə kənd sakini Firuzə Əhədovanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.