Category: Hadisə

  • Şəkidə avtomobil aşdı – Ölən və yaralananlar var

    Şəkidə avtomobil aşıb.

    Hadisə ötən gecə Şəki şəhəri ərazisində baş verib.

    Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

    Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb, sürücü 22 yaşlı Ömər Tanrıverdiyev və digər sərnişin, 16 yaşlı yeniyetmə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Həkim Şakir Babayev vəfat etdi

    Həkim – ümumi cərrah Şakir Camal oğlu Babayev vəfat edib.

    Bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

    Bildirilib ki, o, səhhətində yaranmış problemlərlə əlaqədar dünyasını dəyişib.

  • Şəkidə AĞIR QƏZA: Ölən və yaralananlar var

    Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə bu gün saat 2 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb.

    Belə ki, VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

    Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb, sürücü 22 yaşlı Ömər Tanrıverdiyev və digər sərnişin, 16 yaşlı yeniyetmə xəsarət alıblar.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Partlayışda xəsarət alan həkim öldü

    Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib.

    Bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb.

    O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    “Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

    Allah rəhmət eləsin”,- paylaşımda deyilir.

    Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat edib, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.

  • Cəlilabadda gənc müəllim vəfat etdi

    Cəlilabadda gənc müəllim vəfat edib.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, əslən Cəlilabad rayonunun Albalan kəndindən olan Əhməd Natiq oğlu Əhmədov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

    Məlumata görə, o, bağırsaq xərçəngindən həyatını itirib.

    Bildirilib ki, Əhməd Əhmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2015-2020-ci illər məzunu olub, tarix-coğrafiya ixtisası üzrə təhsil alıb.

    O, bir müddət rayondakı hazırlıq kurslarından birində müəllim kimi fəaliyyət göstərib.

    Qeyd edək ki, onun iki övladı var.

  • Gəncədə zavod yandı – Video

    Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

    Bu barədə FHN-dən məlumat verilib.

    Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.

    * * * * * *

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən məlumat verilib.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

    Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

  • Azərbaycanda futbol oyununda ölən 20 yaşlı tələbənin FOTOSU

    Mingəçevirdə 20 yaşlı gənc futbol oyunu zamanı ölüb.

    2006-cı il təvəllüdlü Muhamməd Abdullah oğlu Həsən Mingəçevir Dövlət Universitetinin tələbəsi olub.

    Gəncin fotosunu təqdim edirik:
    İlkin məlumata görə, epilepsiya xəstəliyindən əziyyət çəkən gəncin dili qatlanıb və o həyatını itirib.

  • Gəncədə avtomobil süpürgəçini vurub öldürdü

    Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

    Hadisə zamanı BMW markalı avtomobil yolda təmizlik işləri aparan, 1965-ci il təvəllüdlü Zəminə Qurbanovanı vurub, daha sonra köşkə çırpılıb.

    Qəza nəticəsində qadın həyatını itirib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

  • Abşeronda usta yıxılıb öldü

    Abşeronda usta faciəli şəkildə ölüb.

    Hadisə Saray qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 58 yaşlı İlqar Şəfiyev təmir işləri apararkən yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

    Xəstəxanaya yerləşdirilən İ.Şəfiyev orada ölüb.

    Araşdırmalar aparılır.

  • Kinematoqrafçılar İttifaqının üzvü vəfat etdi

    Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü vəfat edib.

    51 yaşlı səs rejissoru Rasim Mehdizadə dünyasını dəyişib.

    Onun böyrək çatışmazlığından vəfat etdiyi deyilir.
    //unikal.az