Binəqədidə evdən və marketdən oğurluq edən 2 nəfər tutulub

Median.Az xəbər verir ki, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da rayon ərazisindəki evdən 250 manat oğurlayan Yevlax rayon sakini F.Abdullayeva saxlanılıb.

Bundan başqa, 40-cı polis bölməsinin əməkdaşları tərəfindən sentyabrın 11-də rayon ərazisindəki mağazadan 200 manat oğurlayan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş N.Kərimov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.