Şəkidə ev yanıb

Şəkidə ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, şəhərdə ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin çardağının yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.