Almaniyada ABŞ-a məxsus qırıcı təyyarə qəzaya uğrayıb

Almaniyanın qərbində yerləşən Reynland-Pfalts ərazisində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, pilot katapult edib və xəstəxanaya yerləşdirilib.

Qəza yaşayış məntəqəsindən kənarda baş verib.