Pirallahı yolunda yol qəzası olub, xəsarət alanlar var

Bakıda yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Pirallahı yolunda qeydə alınıb.

Qəza nəticəsində Pirallahı rayon sakinləri – 1930-cu il təvəllüdlü Sədi Adıgözəlov Hümbət oğlu və onun qızı, 1958-ci il təvəllüdlü Məryəm Nəsibova Sədi qızı xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. S.Adıgözəlova qapalı kəllə-beyin travması, M.Nəsibovaya isə sol bazu sümüyünün qapalı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.