Nizami rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini S.Əsədov saxlanılıb.

Məlum olub ki, noyabrın 13-ü gecə saat 1 radələrində saxlanılan şəxs paytaxt sakini R.Şabanova zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını alıb.

Nizami RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.