Gəncədə məhbus mismarla özünə xəsarət yetirdi

Gəncədə məhbus özünə mismarla xəsarət yetirib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı cəzaçəkmə müəssisəsində 1993-cü il təvəllüdlü Əliyev Ceyhun Bilman oğlu mismarla bədənin müxtəlif nahiyyələrinə xəsarət yetirib.

O dərhal xəstəxnaya çatdırılıb.

Xəsarət alan şəxsə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.//qafqazinfo