Rusiyada “Lukoil”a məxsus zavodda yanğın baş verib

Rusiya Federasiyasının Komi Respublikasında “Lukoil”a məxsus neftayırma zavodunda yanğın baş verib.

Median.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğın 200 kvadrat metr ərazini əhatə edib. Yanğın nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbi araşdırılır.