Mingəçevir İcra Hakimiyyətindən şəhidlərə hörmətsizlik – FOTO

Mingəçevir şəhər 20 Yanvar küçəsində yerləşən şəhid bulağı baxımsız vəziyyətdədir.

Bu barədə Unikal.org-a rayon sakinləri məlumat veriblər.

Onlar qeyd ediblər ki, iki şəhidin adını daşıyan bulaq uzun müddətdir bərbad haldadır.

Sakinlər Mingəçevir Şəhər İcra Hakimiyyətini məsələdən xəbədar etsələr də, heç bir tədbir görülməyib.