Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında növbəti təyinat olub.

Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, kapitan Rufan Həsənov Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Ağstafa RPŞ-nın DYP-nin keçmiş bölmə rəisi Ramin Bağırov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. O, sərəncama götürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *