
Abşeron rayonunda 61 yaşlı qadın itkin düşüb.
“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Mahmudova Nüşabə Hüseyn qızı fevralın 13-də səhər saat 9 radələrində “Quşçuluq” massivində yaşadığı evindən çıxıb və bir daha geri qayıtmayıb.
![]()
N.Mahmudovanın yaxınları “Report”a bildirib ki, evdən çıxarkən onun əynində qəhvəyi gödəkcə, başında şarf olub. “Onun heç bir xəstəliyi yoxdur, tamamilə sağlamdır”, – deyə yaxınları bildiriblər.