Tovuzda gənc oğlanın bilək damarı kəsilib

Tovuz rayonun İbrahimhacılı kənd sakini naməlum şəraitdə xəsarət alıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, gənc oğlan (ad və soyadı dəqiqləşdirilir – red) bilək damarı kəsilmiş halda yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Ona həkimlər tərəfindən tibbi yardım göstərilib. Gəncin hansı şəraitdə xəsarət aldığı məlum deyil. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.