Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının nəticəsi müvafiq ixtisas qrupları üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə bu tələbi ödəməyən bakalavrlara proqram və ixtisaslaşma seçimində iştirak etmək imkanı verilir.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd edək ki, DİM və Təhsil Nazirliyinin birgə razılığına əsasən, bu il bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə bu tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.
Xatırladaq ki, proqram və ixtisaslaşma seçimi 8-18 iyun tarixlərində həyata keçiriləcək.
“Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi” səhifəsi gün ərzində DİM-in saytında aktiv ediləcək.
Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана обратился к бакалаврам, набравшим на первом этапе приема в магистратуру необходимый минимальный балл, но не набравшим его по предметам.
Как сообщили в ГЭЦ, им предоставляется возможность выбора программы и специализации.
Отметим, по согласованию между ГЭЦ и Министерством образования, бакалаврам, набравшим на первом этапе приема в магистратуру необходимый минимальный балл, но не набравшим его по предметам, разрешается участвовать лишь в конкурсе на платные плановые места.
Выбор программы и специализации состоится 8-18 июня.
“Электронная заявка бакалавра” в течение дня будет активирована на сайте ГЭЦ.
Leave a Reply